Gəncədə intihar hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə Gəncədə Abbas səhhət adına xəstəxananın Nevrologiya-Terapiya şöbəsində qeydə alınıb.
Belə ki, həmin xəstəxanada müalicə alan 64 yaşlı Müzahir Mahmudov özünü elektik kabeli ilə asıb.
64 yaşlı kişinin meyiti asılmış vəziyyətdə tapılıb.
Onun hansı səbəbdən intihar etməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.