Tovuzda yol qəzası - xəsarət alanlar var

2
Mar
2024
23:21

Tovuz rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Azreform.info xəbər verir ki, minik avtomobillərinin toqquşması nəticəsində 2 nəfər - 1957-ci il təvəllüdlü V.Hüseynov və nəvəsi, 2009-cü il təvəllüdlü E.Hüseynov xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.(Report)