Paytaxt ərazisində yerləşən rabitə quyularından birindən 3 200 manat dəyərində kommunikasiya kabelinin oğurlanması barədə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə məlumat daxil olub.
Bu barədə Azreform.info -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, bölmə əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Vüsal Fidayev, Ramil İsmayılov və Şəmsəddin Dadaşov müəyyən olunaraq saxlanılıblar.
Onların ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Saxlanılanların qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.