Ceyhun Bayramov Türkiyədə iraqlı həmkarı ilə görüşüb

2
Mar
2024
16:21

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 3-cü Antalya Diplomatiya Forumu çərçivəsində iraqlı həmkarı Fuad Hüseyn ilə görüşüb.

Azreform.info xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.

Görüş zamanı dostluq və qarşılıqlı hörmətə əsaslanan əlaqələrin uğurla inkişaf etdiyi qeyd olunub, müxtəlif sahələrdə əməkdaşlığın yüksək səviyyədə olmasından məmnunluq vurğulanıb.