Azərbaycanda maşinist köməkçisi iş yerində öldü

1
Mar
2024
23:00

29 fevral tarixində saat 11:50 radələrində ADY-nin Salyan lokomotivlərin istismarı deposunun əməkdaşı iş yerində dünyasını dəyişib.

Azreform.info xəbər verir ki, maşinist köməkçisi 1963-cü il təvəllüdlü Yaşar Məmmədov vəfat edib.

ADY rəhbərliyi mərhumun ailəsi və yaxınlarına başsağlığı verib.

Faktla bağlı araşdırma aparılır.