Ceyhun Bayramov Antalyada görüşlər keçirir

1
Mar
2024
20:07

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində slovakiyalı həmkarı Yuray Blanar ilə görüşüb.

Azreform.info xəbər verir ki, bu barədə Ceyhun Bayramov “X” hesabında paylaşım edib.

“Slovakiyalı həmkarım Yuray Blanar ilə görüşməkdən və əməkdaşlığı daha da inkişaf etdirmək üçün fikir mübadiləsi aparmaqdan çox məmnun oldum”, - nazir qeyd edib.