Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib: Sıxlıq yaranıb - FOTO

1
Mar
2024
17:21

Babək prospekti ilə Kamran Əfkari küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, qəza səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb. Sıxlığın qarşısını almaq üçün tədbirlər görülür.