Bakıda dəhşətli qəza: Sərnişin avtobusun altında qaldı

1
Mar
2024
09:28

Paytaxtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı Nəqliyyat Agentliyinin metronun "Koroğlu" stansiyasının yaxınlığındakı mərkəzi dayanacağında saat 09:00 radələrində qeydə alınıb.

Yenisabah.az xəbər verir ki, Koroğlu-Ramana istiqamətində işləyən 163 nömrəli avtobus yolu keçmək istəyən sərnişini vurub. Sərnişin aldığı zərbədən hadisə yerində dünyasını dəyişib.

Avtobusun altında qalan cəsədi çıxarmaq üçün əraziyə əlavə qüvvə cəlb olunub.

Ölən şəxsin kimliyi dəqiqləşdirilir.