“Bakı Teleqrafı”nın rəhbərliyi dəyişdiriləcək

1
Mar
2024
09:14

“Bakı Teleqrafı” ASC-nin İdarə Heyətinə sədr və üzvlər təyin ediləcək.

Azreform.info ” xəbər verir ki, bununla bağlı məsələ ASC-nin 2024-cü il mayın 6-ı saat 11.00-da keçiriləcək səhmdarlarının növbəti illik ümumi yığıncağında müzakirə ediləcək.

İclasın gündəliyinə həmçinin 2023-cü ilin yekunları üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin hesabatı və cəmiyyətin nizamnaməsində bəzi dəyişikliklərin edilməsi məsələləri daxildir.

Könül
Azreform.info