Müstəqil Həmkarlar Birliyinin (MHB) İdarə Heyətinin növbəti iclası keçirilib.
İclasda MHB sədri Fuad Əliyevin fevral ayında təşkilatın fəaliyyətilə bağlı hesabatı dinlənilib.
Fuad Əliyevin vətəndaşlardan Birliyə daxil olan müraciətləri, o cümlədən bununla bağlı rəy sorğuların müvafiq təşkilatlara göndərilməsi barəsində məlumat verib.
MHB İdarə Heyətinin üzvləri Xəzər Teyyublu və Əhməd Rəhmanov regionlarda təşkilatın yeni rayon şöbələrin yaranması ilə bağlı və yaxın aylarda Birliyin fəaliyyətilə bağlı təkliflər veriblər.
İdarə heyətinin iclasında Şamaxıdan gələn kütləvi işdən azad olunma ilə bağlı aparılan araşdırma və uzun müddətdir Dövlət məşgulluq Agentliyində iş axtaran kimi qeydiyyatda olub, lakin bu günə kimi iş təklifi almayanların şikayətləri və sənədlərinin sürəti Əmək və Əhalinin Sosial müdafiə Nazirliyinə bir daha bizim "Müstəqil Həmkarlar birliyinin" müraciəti ilə birgə göndərilməsi qərara alındı.
MHB Mətbuat Xidməti