Mingəçevirdə evdən meyit tapılıb

29
Fev
2024
22:21

Mingəçevirdə evdən meyit tapılıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Ağdam rayon sakini, 1949-cu il təvəllüdlü Solmaz Həsənovanın Mingəçevir şəhərində yaşadığı ünvanda meyiti tapılıb.

İlkin müayinə zamanı üzərində zorakılıq əlamətləri aşkar edilməyib.
S.Həsənovanın şəkər xəstəliyindən əziyyət çəkdiyi bildirilir.