İsmayıllıda avtomat aşkarlanıb

29
Fev
2024
19:35

İsmayıllıda avtomat aşkarlanıb.

Bu barədə Azreform.info a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Belə ki, İsmayıllı Rayon Polis Şöbəsinə Quşencə kəndi ərazisindən silah-sursat tapılması barədə məlumat daxil olub. Əraziyə keçirilən baxış zamanı oradan "Kalaşnikov” avtomatı, daraq və 30 ədəd patron aşkarlanaraq götürülüb.