Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başladı - YENİLƏNİB

28
Fev
2024
13:28

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş başlayıb.

“Report”un məlumatına görə, görüş haqqında informasiyanı Ermənistan mətbuatı paylaşıb.

Nazirlər Almaniyanın paytaxtı Berlin şəhərində görüşürlər.

***
Bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcək.
 
Azreform.info xəbər verir ki, görüş Berlində baş tutacaq.
 
Ceyhun Bayramov və Ararat Mirzoyan arasında “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş” layihəsi üzrə danışıqların növbəti raundu keçiriləcək.