Bitkoinin qiyməti 59 min dolları keçdi

28
Fev
2024
13:21

Bitkoinin qiyməti 59 min dolları keçib.

Azreform.info xəbr verir ki, dünyanın aparıcı kriptovalyutasının qiyməti gün ərzində 59 min 415 dollara qədər yüksəlib. Bu rəqəm 2021-ci ilin noyabrından bəri ən yüksək səviyyə kimi qeydə alınıb.

Etereumun qiyməti isə 3 min 330 dolları aşıb.

Kriptovalyuta bazarının ümumi dəyəri isə hazırda 2,18 trilyon dollar təşkil edir. 

Qeyd edək ki, bitkoinin qiyməti 2021-ci ilin noyabrında tarixi zirvəsinə - 69 min dollara çatıb.