Xəbər verdiyimiz kimi, fevralın 27-nə keçən gecə Yevlax rayon Nərimanabad kəndində 62 yaşlı Zöhrə Səfərova yaşadığı evdə dəm qazından boğularaq vəfat edib.
Azreform.info qafqazinfo-ya istinadən xəbər verir ki, bədbəxt hadisə nəticəsində dünyasını dəyişən qadın həmin kəndin orta məktəbinin ibtidai sinif müəllimi olub.
Z.Səfərovadan xəbər ala bilməyən yaxınları onun yaşadığı evə gediblər və vəfat etdiyini görüblər.
İlkin ehtimala görə, Z.Səfərova otaqda quraşdırılmış qazla işləyən qızdırıcı qurğudan ayrılan dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.