Bakıda avtomobil marketin şüşəsinə çırpılıb

27
Fev
2024
23:49

Bakıda yol qəzası olub, avtomobil marketin şüşəsinə çırpılıb

"Report" xəbər verir ki, hadisə Nizami rayonu, Mehdi Abbasov küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili supermarketlərdən birinin yanında dayanan digər avtomobilə dəyib. Zərbənin təsirindən ikinci avtomobil supermarketin şüşəsinə çırpılıb.

Xəsarət alanlar barədə məlumat yoxdur.