Fevralın 22-də Şəmkir şəhərində yerləşən stomotoloji kabinetdə insident olub.
Məlumata görə, stomotoloji xidmətlərin göstərildiyi yerə gələn Orxan adlı şəxs orada çalışan həkim L.Əsgərovanı söyərək təhqir edib, həmçinin uca səslə ictimai yerdə xuliqanlıq hərəkətləri törədib.
Hadisə yerinə gələn polis əməkdaşları onu saxlayıblar. Məlum olub ki, stomotoloji kabinetdə xuliqanlıq edən şəxs Şəmkir şəhər sakini 1985-ci il təvəllüdlü Orxan Əhmədovdur. Onun barəsində inzibati protokol tərtib edilib.
Hadisə ilə bağlı ifadə verən həkim bildirib ki, 2022-ci ildə Orxanın dişlərini düzəldib:
“Orxan 2 il sonra gəlib deyir ki, onun dişlərini yaxşı düzəltməmişəm və pul tələb edir. Halbuki həmin vaxt dişlərə görə ödənişi Orxan yox, onun qardaşı edib”.
Şəmkir Rayon Məhkəməsinin 22 fevral tarixli qərarı ilə Orxan Əhmədova 15 sutka inzbati həbs cəzası verilib.(Publika.az)