"Musiqi sənətinə pianoçu kimi gəlmişəm. Moskvaya getdim, çalışmağa başladım. Gördüm musiqiçi kimi fəaliyyət göstərmək xoşuma gəlir. Sonra Moskva, gecə, restoran həyatı... Başladım rus estrada ulduzlarını dinləməyə. Bir gün müğənni işə çıxmadı və restoran müğənnisiz qaldı, yerinə çıxdım".
Azreform.info xəbər verir ki, bu sözləri müğənni Fuad Musayev Əməkdar artist Rəşad İlyasovun "Danışır musiqi" verilişində deyib. O, müğənnilik fəaliyyətinə başlamasından danışıb.
R.İlyasov Xalq artistləri Fidan və Xuraman Qasımovalarla görüşünü xatırlayaraq, bunları deyib:
"1990-cı illərin əvvəlində məkanlarda çıxış edirdim. Musiqiçilər orada idi. Kanon alətində, sintezatorda ifa edir və oxuyurdum. Bir dəfə Xalq artistləri Fidan və Xuraman Qasımova gəldilər. Həyəcanlandım, dedilər ki, rahat olun. Klassik estradadn oxudum. Bir ərəb qonaq var idi, ərəb mahnısı oxudum. Hindistandan qonaq gəlmişdi, hind mahnısı oxudum. Sonra türk mahnısı ifa etdim. Fidan xanım dedi ki, nə qədər mahnı bilirsiniz...".