XİN rəhbərlərinin görüş vaxtı və yeri açıqlandı

26
Fev
2024
16:56

Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında görüş fevralın 28-29-u Berlində keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan açıqlayıb.

Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün jurnalistlərə açıqlamasında yaxın günlərdə Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında görüş olacağını bildirib.