ADY: Bakı sərnişin stansiyasında qatarda qısaqapanma baş verib

26
Fev
2024
14:49

Bu gün saat 13:45 radələrində Bakı sərnişin stansiyasında “Stadler” qatarı manevr edərkən kontakt şəbəkəsində qısaqapanma baş verib.

Azreform.info bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.

Bildirilib ki, nəticədə qatarın damında tüstülənmə müşahidə olunub.

Məlumata görə, qatar heyəti tərəfindən yanğından mühafizə vasitələri ilə hadisənin qarşını operativ olaraq alınıb.

Qeyd edək ki, depoya gedən qatarda sərnişin olmayıb. Hadisə nəticəsində xəsarət alan yoxdur.