Babam Zəngəzurda erməni yaraqlılarına qarşı mübarizə aparıb -  Numan Kurtulmuş

25
Fev
2024
16:21

Babam ötən əsrin əvvəlində Zəngəzur bölgəsindəki əhalini təşkilatlandırmaq və xalqı erməni yaraqlılarına qarşı qorumaq üçün mübarizə aparıb.

Azreform.info ” xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyasında iştirak etmək üçün səfər etdiyi Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə bildirib.

“Rəhmətlik babam Numan Kurtulmuş altı cəbhədə savaşmış bir qəhrəmandır

64 yaşlı siyasətçinin sözlərinə görə, babası o doğulmamışdan yeddi il öncə vəfat edib.

Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş fevralın 21-dən 24-dək Bakıda keçirilmiş Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında iştirak edib.