Bakıda 67 yaşlı qadını avtomobil vuraraq öldürüb

25
Fev
2024
00:28

Bakının Suraxanı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Azreform.info xəbər verir ki, avtomobil yolu keçən 1957-ci il təvəllüdlü Asalıyeva Amalya Nəcməddin qızını vurub.

Yaralı ağır vəziyyətdə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq, o dünyasını dəyişib.

Hadisənin təfərrüatı araşdırılır.