Şəmkirdə avtomobil qəzası: ölən və xəsarət alan var 

24
Fev
2024
22:49

Şəmkir rayonunda avtomobil qəzası olub, ölən və xəsarət alan var.

Azreform.info APA-ya istinadla xəbər verir ki, minik avtomobilinin idarəetmədən çıxaraq körpüdən düşməsi nəticəsində 1 nəfər hadisə yerində dünyasını dəyişib. Ölən şəxs 1987-ci il təvəllüdlü Cavid Zeynalovdur.

Daha bir nəfər isə xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.