Daha bir müəllim faciəli şəkildə vəfat etdi - FOTO

23
Fev
2024
16:00

Qazax rayonunda bir neçə gün əvvəl yol qəzası nəticəsində ağır xəsarət alan 1975-ci il təvəllüdlü Elmira Şıxlinski müalicə aldığı xəstəxanada vəfat edib.

Bu barədə İqtisadiyyat.az-a onun yaxınları məlumat verib.

Bildirilib ki, həkimlərin səyinə baxmayaraq, E.Şıxlinski aldığı xəsarətlərdən bu gün səhər saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, E.Şıxlinski Qarapapaq kənd məktəbində ingilis dili müəllimi olub.

Qəza hadisəsi isə fevralın 17-də baş verib, həmin vaxt avtomobil yolu keçmək istəyən E.Şıxlinskini vurub.