İsmayıllıda qəza - ölən və xəsarət alan var

22
Fev
2024
20:49

İsmayıllıda avtomobil qəzası baş verib.

Azreform.info  xəbər verir ki, ilkin məlumata əsasən, hadisə İsmayıllının Xanagah kəndində qeydə alınıb. Hadisə nəticəsində bir nəfərin dünyasını dəyişdiyi, bir nəfərində ağır yaralandığı bildirilir.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, minik avtomobilində olan sərnişinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır.