Abdullahian: ABŞ və Britaniyanın səyləri strateji səhvdir

22
Fev
2024
20:21

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian ABŞ və Böyük Britaniyanı müharibənin əhatə dairəsini Yəmənə qədər genişləndirməyə çalışmaqda ittiham edib.

Azreform.info xəbər verir ki, o, bu barədə Tehranda macarıstanlı həmkarı Peter Siyatro ilə birgə mətbuat konfransında deyib.

İranlı nazir bunu strateji səhv adlandırıb: “ABŞ və Britaniyanın müharibəni Yəmənə sürükləmək üçün birgə səyləri strateji səhvdir”.

Abdullahian macarıstanlı həmkarı ilə Ukrayna böhranı üzrə müzakirə apardıqlarını da bildirib. Onun sözlərinə görə, “Ukraynadakı müharibə ilə bağlı İrana qarşı iddiaların təkrarlanması cansıxıcı mərhələyə çatıb”.

Peter Siyatro isə qeyd edib ki, İrana səfərinin səbəbi regionda münaqişənin yayılmasının qarşısını almaqdır: “Adətən NATO-ya üzv ölkələrin İrana səfəri daha az baş verir. Regionda münaqişənin kəskinləşməsi qlobal təhlükəsizliyə böyük təhdid ola bilər. Beynəlxalq ictimaiyyətin vəzifəsi müharibənin genişlənməməsini təmin etməkdir”.