Çin Rusiyadan imtina edir 

22
Fev
2024
16:00

Çinin üç ən böyük bankı "Industrial and Commercial Bank of China" (ICBC), "China Construction Bank" (CCB) və "Bank of China" sanksiyalar çərçivəsində Rusiya maliyyə təşkilatlarından ödənişləri qəbul etməyi dayandırıb.

Azreform.info xəbər verir ki, bu barədə “İzvestiya” məlumat verib.

Nəşr yazır ki, bu banklar Çində aktivlərinə görə birinci, ikinci və dördüncü yerləri tuturlar. 

ICBC və CCB bankları, hansı banklararası köçürmə sistemindən istifadə olunmasından asılı olmayaraq, sanksiya tətbiq edilmiş banklardan alınan bütün ödənişləri rədd edir.

Mürtəza
Azreform.info