Balakəndə ev yanıb.
Azreform.info lent.az-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Balakən rayonu Gərəkli kəndində baş verib. Kənd sakini Pədimə Həməmməd qızı Əlisoltanovaya məxsus evin yanması ilə bağlı bəzi təfərruatlar məlum olub.
Belə ki ev sahibəsinin əri 74 yaşlı Ramazan Abduləziz oğlu Əlisultanov fevral ayının 18- i dünyasını dəyişib. Ailə ötən gün Ramazan Əlisultanovun 3 mərasimini qeyd etmək üçün hazırlıq işləri aparan zaman evdə qəfil yanğın baş verib.
Yanğın nəticəsində isə evin yanar konstruksiyaları əşyalarla birlikdə yanıb.