Ağdamda 4 il əvvəl ölən qızın meyiti tapılıb.
APA xəbər verir ki, hadisə rayonun İmamqulubəyli qəsəbəsində qeydə alınıb.
Verilən məlumata görə, qəsəbə sakini Nəcəfov Şikar Süleyman oğlu qızı, 2000-ci il təvəllüdlü Nəcəfova Nübar Şikar qızını 4 il əvvəl qətlə yetirərək evin həyətyanı sahəsində basdırıb.
Qətlə yetirilib basdırılan şəxsin meyiti hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aşkara çıxarılıb.
Faktla bağlı araşdırmalar aparılır.