Azərbaycan oranı öz ərazisi bilir, Bakı və Ankara əl çəkməyəcək - Manvelyan

22
Fev
2024
13:28

Bakı və Ankara Ermənistan ərazisindən dəhliz açmaq ideyasından əl çəkməyəcəklər.

Azreform.info xəbər verir ki, bunu enerji təhlükəsizliyi üzrə ekspert Armen Manvelyan deyib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi məsələsi Azərbaycan və Türkiyə üçün nəqliyyat və ya iqtisadi deyil, siyasi və strateji əhəmiyyət kəsb edir. "Azərbaycan gizlətmir ki, Zəngəzuru öz ərazisi hesab edir. Bu, Azərbaycanın Zəngəzurdan  (Sünik) Naxçıvana alternativsiz ən qısa çıxış yoludur. O baxımdan  Azərbaycan və Türkiyə bu ideyadan əl çəkməyəcək", - o, qeyd edib.

Mürtəza
Azreform.info