Avro bahalaşdı, rubl və lirə ucuzlaşdı

22
Fev
2024
09:49

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

Azreform.info xəbər verir ki, avronun məzənnəsi 0,1% artaraq 1,8412 manat, Rusiya rublunun məzənnəsi 0,5% geriləyərək 0,0183 manat, Türkiyə lirəsi 0,4% ucuzlaşaraq 0,0548 manat təşkil edib.

ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.