Qərbi Azərbaycan İcması Emanuel Makrona cavab verdi

22
Fev
2024
09:21

Ermənistanın artıq özünün ictimai səviyyədə Qarabağ ermənilərinin qayıdışından bəhs etmədiyi bir vaxtda Fransa prezidenti Emanuel Makronun bu haqda danışması ermənidən çox ermənilik etməkdir və gülüş doğurur.

Azreform.info ” xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.

Qeyd olunub ki, qayıdış qarşılıqlı olmalı və Qərbi azərbaycanlıların da Ermənistandakı öz dədə-baba yurdlarına dönməsi təmin edilməlidir.

“Yanlış və cığal addımlarına görə Azərbaycan-Ermənistan arasında normallaşdırma proseslərindən tam olaraq uzaqlaşdırılmış səlibçi mentalitetli Fransanın bundan sonra ən doğru addımı yalnız və yalnız susmaq ola bilər”, - bəyanatda vurğulanıb.