Nazirliyin əməkdaşı qəfil vəfat etdi: axşam yatıb, səhər oyanmayıb - FOTO

21
Fev
2024
20:14

Elm və Təhsil Nazirliyinin Mil-Muğan Regional Təhsil İdarəsinin Saatlı rayonu üzrə təhsil sektorunun metodisti İslamova Ülkər Gülağa qızı qəfil vəfat edib.

İqtisadiyyat.az-ın məlumatına görə, o, qəfil ürəktutmasından dünyasını dəyişib.

Yaxınları onun axşam sağlam vəziyyətdə yatsa da, səhər yuxudan oyanmadığını bildirib. 

Belə ki, səhər saatlarında ailəsi onun hələ də yatdığını görüb və oyandırmağa çalışıblar. Lakin bu zaman onun artıq dünyasını dəyişdiyini müşahidə ediblər. 

Qeyd edək ki, Ü.İslamova 2003-cü ildən Saatlı rayonu üzrə təhsil sektorunda metodist vəzifəsində çalışırdı.