Türkiyənin Qaziosmanpaşa şəhərində Özkan Y. adlı şəxs ögey anasına bacısının yanında başından atəş açıb.
Azreform.info “Haberler.com”a istinadla xəbər verir ki, qadın hadisə yerində ölüb.
Hadisə təhlükəsizlik kamerasına anbaan əks olunub.
Belə ki, cinayətkar bir müddət qadını izləyib. Daha sonra arxadan yaxınlaşaraq odlu silahla başından vurub.
O, hadisədən sonra qaçaraq oradan uzaqlaşıb.
Cinayətin hansı səbəbdən törədildiyi məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.
Günay