Salyanda maşın aşıb, ölən və xəsarət alan var

21
Fev
2024
16:49

Salyanda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə Ələt-Astara magistralının 18-ci kilometrliyində qeydə alınıb. Hərəkətdə olan minik maşını yoldan çıxaraq aşıb. Qəza nəticəsində avtomobildə olan sərnişin ölüb, sürücü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.