Bayramovla Mirzoyan arasında görüşün vaxtı müəyyənləşdirilir 

21
Fev
2024
16:35

Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün yeri, vaxtı və formatı müzakirə edilir. 

Azreform.info xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan  deyib.

O xatırladıb ki, ER Baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında keçirilən görüşdə xarici işlər nazirləri və baş nazir müavinlərinin görüşü barədə razılıq əldə olunub. 

"Hazırda tarixlər müzakirə olunur, lakin tarixlər, yer və format barədə dəqiq məlumat yoxdur", - Qriqoryan əlavə edib.

Mürtəza
Azreform.info