Qarabağda Şahramanyanın "təhlükəsizlik işçisi" olmuş şəxs saxlanıldı

21
Fev
2024
16:28

Qarabağda ləğv edilən qondarma rejimin "prezidenti" Samvel Şahramanyanın təhlükəsizlik işçisi Aşot Danielyan saxlanılıb.

Azreform.info nyus.am-a istinadən xəbər verir ki, fevralın 20-də hüquq-mühafizə orqanlarının əməkdaşları onu İrəvanın Abovyan küçəsindən narkotik maddə saxlamaq və satmaqda şübhəli bilinərək polis bölməsinə aparıblar.

“Hadisə ilə bağlı İstintaq Komitəsinə protokol təqdim edilib və Ermənistan Respublikası Cinayət Məcəlləsinin 393-cü maddəsinin 1-ci hissəsi və 396-cı maddəsinin 1-ci hissəsi ilə iş başlanıb. Müstəntiqin qərarı ilə o, saxlanılıb”, - İstintaq Komitəsindən bildirilib və əlavə edilib ki, ekspertiza təyin edilib, halların aydınlaşdırılması üçün zəruri tədbirlər görülür.