Ermənistan rəsmisi Kamil Zeynallıdan danışdı

21
Fev
2024
14:07

Moskvada saxlanılan azərbaycanlı (Kamil Zeynallı) Ermənistan hüquq-mühafizə orqanları tərəfindən qətldə ittiham olunur.

Azreform.info xəbər verir ki, bununla bağlı Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərinin mətbuat katibi Narek Sarkisyan bildirib.

“Göstərilən şəxsə qarşı qətl ittihamı ilə dövlətlərarası axtarış başladılıb”, - o deyib.

Daha əvvəl xəbər verdiyimiz kimi, azərbaycanlı fitnes məşqçisi Kamil Zeynallı Ermənistanın tələbi ilə Moskvada saxlanılıb.

ER Daxili İşlər Nazirliyi Zeynallının qətldə ittiham olunaraq axtarışa verildiyini bildirsə də, əslində, nədən danışdıqlarını açıqlamayıb.