Samuxda bir hektar ərazi yanıb - VİDEO

21
Fev
2024
10:28

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə Samux rayonunun Burunqovağ kəndi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən verilən xəbərə görə, dərhal qurumun Dövlət Yanğından Mühafizə Xidməti Samux rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunublar.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində qamışlıq sahədə baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 1 hektar sahədə qamışlıq yanıb, ətraf ərazilər yanğından mühafizə olunub.