Bakıda sürücülər arasında dava

21
Fev
2024
09:35

Bakıda sürücülər arasında yol verməməyə görə insident yaşanıb, xəsarət alan var

Hadisə Binəqədi rayonu, "Azər City" marketinin qarşısında qeydə alınıb.

Pərviz Qasımov idarə etdiyi "Kia Forte" markalı avtomaşınla hərəkətdə olan zaman qeydiyyat nişanı bilinməyən "VAZ 21015" markalı avtomobilin naməlum sürücüsü ilə yol verməmək üstündə yaranmış mübahisə nəticəsində xəsarət alıb. Sürücü aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb.//APA