Gürcüstan Rusiyaya sanksiyalar tətbiq etməyəcək

21
Fev
2024
04:35

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, respublika hakimiyyəti Rusiyaya qarşı sanksiyalar tətbiq etməmək siyasətini davam etdirəcək.

Azreform.info ” xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

“Sual sanksiyalarla bağlı siyasətimizə gəldikdə, bizim çox aydın mövqeyimiz var. Biz sanksiya tətbiq etmirik və bununla bağlı çox güclü arqumentlərimiz var”, - Kobaxidze qeyd edib.