Putin: “Rusiya xüsusi dövrünü yaşayır”

21
Fev
2024
02:21

Rusiya xüsusi dövrünü yaşayır, bunun yeniliyi ölkəni fərqli inkişaf səviyyəsinə çatdırmaqdır.

Azreform.info xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Strateji Təşəbbüslər Agentliyinin (STA) “Yeni zaman üçün güclü ideyalar” forumunda çıxışı zamanı bildirib.

“Güclü ideyalara hər zaman ehtiyac var, çünki həmişə inkişafla bağlı məsələlər var. Amma bu gün yeni dövr üçün güclü ideyalar lap yerinə düşür! Bu yenilik ondan ibarətdir ki, biz qarşımızda duran məsələri həll etməklə ölkənin yeni, tamam başqa inkişaf səviyyəsinə çatırıq”, - o deyib.