UEFA Avropa Liqasından “Qarabağ”ın uğurları ilə bağlı paylaşım

20
Fev
2024
22:00

UEFA Avropa Liqası “X” sosial şəbəkəsindəki hesabında Azərbaycanın “Qarabağ” futbol klubu ilə bağlı paylaşım edib.

Azreform.info ” xəbər verir ki, paylaşımda “Qarabağ”ın öz meydanında keçirdiyi son 26 oyunda qələbələri vurğulanıb.

“Qarabağ” öz meydanında keçirdiyi UEFA-nın son 26 oyununun yalnız ikisində məğlub olub”, - UEFA Avropa Liqasının paylaşımında qeyd edilir.

Qeyd edək ki, “Qarabağ” fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçında "Braqa"nı qəbul edəcək.