Alman əsgərlər göndərildi: hərbi əməliyyat başlayır

20
Fev
2024
17:07

Avropa İttifaqı (Aİ) Qırmızı dənizdə təhlükəsiz ticarət gəmiçiliyini təmin etmək üçün Yəmən husilərinə qarşı hərbi əməliyyata başlayacaq.

Azreform.info xəbər verir ki, bu barədə "Bild" nəşri yazır.

Nəşrin yazdığına görə, müvafiq qərarı Aİ-nin xarici işlər nazirləri verib. Almaniya artıq göyərtəsində təxminən 250 alman əsgərinin olduğu "Hesse" hərbi gəmisini Yəmən sahillərinə göndərib. 

Yəmən husiləri İsrailin HƏMAS-a qarşı hərbi əməliyyatına başladıqdan sonra bu hərəkatın yaraqlılarına dəstək verib. 2023-cü ilin noyabrından İranın dəstəklədiyi husi üsyançıları Qırmızı dənizdən keçən gəmilərə hücum etməyə başlayıblar. Əvvəlcə yalnız İsraillə əlaqəli gəmilərə hücum edilirdisə, lakin sonradan digər ölkələrin, o cümlədən Amerikanın gəmiləri də hədəfə alınıb. Xatırladaq ki, Süveyş kanalı və Qırmızı dənizdən keçən dəniz yolu Avropa ilə Asiya arasında ən qısa yoldur.

Mürtəza
Azreform.info