Prezident: “Artıq Azərbaycan ərazisində separatçı qüvvələrə yer yoxdur və bundan sonra heç vaxt olmayacaq”

19
Fev
2024
18:14

“Qarabağda keçirilmiş antiterror tədbiri ölkəmizin suverenliyini tam təsdiqlədi”.

AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham ƏliyevTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında bildirib.

Dövlətimizin başçısı xatırladıb ki, artıq Azərbaycan ərazisində separatçı qüvvələrə yer yoxdur və bundan sonra heç vaxt olmayacaq.