Rusiyada yaşayan azərbaycanlı iş adamı, 1957-ci il təvəllüdlü Rahim Rüstəm oğlu Cəfərov dünyasını dəyişib.
Bu barədə Axar.az-a mərhumun yaxın qohumu məlumat verib.
Bildirilib ki, onun hansı səbəbdən öldüyü məlum deyil:
“Mərhumun nəşi ölkəmizə gətirilməyib, Rusiyada dəfn olunub”.
Qeyd edək ki, R.Cəfərov Cəlilabaddandır.
O, uzun illər Rusiyada yaşayıb. Mərhum bir neçə restoranın və ticarət mərkəzinin sahibi idi.