Bakının məşhur hotelində yanğın - FOTOLAR

19
Fev
2024
08:00

Bakıda tanınmış hoteldə yanğın baş verib.

APA xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonundakı MONT INN hotelində qeydə alınıb.

Alovlanma hotelinin restoranının yerləşdiyi üçüncü mərtəbədə başlayıb. Yanğın zamanı binada köməksiz vəziyyətdə qalan 2 hotel işçisi xilas edilib. Yanğın lokallaşdırılıb. Hadisə ilə əlaqədar Ağa Nematulla küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.