Xarici media ilə yanaşı Türkiyə də "Qarabağ"ın Avropa Liqasının pley-offunda "Braqa"ya 4:2 hesabı ilə qalib gəlməsini geniş işıqlandırıb.
Offsideplus.az yazır ki, Ağdam təmsilçisinin tarixində ilk dəfə bu mərhələdə çıxış etməsi, qələbəni daha da məşhur edib.
Qurban Qurbanov və rəhbərlik etdiyi komandanın uğuru Türkiyə mətbuatında gündəm olub. Manşetləri bəzəyən təmsilçimizlə bağlı xəbər və paylaşımları təqdim edirik.
"Fotomaç": "Azərbaycan klubu "Qarabağ"da 16-cı ilini keçirən Qurban Qurbanov uğurları ilə diqqət çəkir:
Liqada 16 xallıq fərqlə liderdir;
Cari mövsüm Avropa "Bayer 04"dən başqa komandaya məğlub olmayıb;
Son 10 ildir avrokuboklarda qruplarda çıxış edir;
Ardıcıl son 2 mövsüm qrupdan çıxıb;
"Braqa" səfərində 4:2 hesabı ilə qazanıb".
"BBO Sports": "Qardaş "Qarabağ" "Braqa"nın qüruru ilə oynayır".
"ASpor": "Qarabağ" Portuqaliyada şou göstərdi".
"TRT Spor": "Qarabağ "Braqa" səfərində tarix yazır".