Tam yetişmiş formada bəzi tərəvəz və meyvələr çiy halda daha çox faydalı maddələrlə zəngindir və orqanizmə faydalıdır.
Azreform.info xəbər verir ki, qastroenteroloq Yana Kartayeva tərəvəzlərin termiki işlənməsi qaydalarını danışıb:
“Tərəvəzlərdə bir qayda var: o nə qədər çox bişirilsə, yüksək temperatura məruz qalırsa, o qədər çox faydalı maddələri itirir. Ona görə tərəvəzlərin ocaqda, sobada qalması müddəti maksimum az olmalıdır.
Bu metodlara sadəcə buxarda bişirmək və pörtlətmək aiddir.
Uzun müddət istiliyə məruz qalan hazırlanma sobada bişirmək, qızartmadır, suda qaynatmaqdır. Ən çox vitamin və minerallar suda qaynatma zamanı, şorbaların hazırlanmasında itir.
Ona görə burda incəlikləri öyrənməlisiz: tərəvəzləri bir qazan suda qaynatmayın, əgər imkan varsa, tərəvəzləri qabıqlı hazırlayın, doğramayın, tərəvəzləri artıq azca qaynayan suya salıb 5 dəqiqəyə çıxarın və ya bulyonu bişirməyi bitirin, şorba hazır olana yaxın tərəvəzləri əlavə edin.
Pörtləmə özü də mikrolementləri parçalayır.
Tərəvəzlər üçün ən doğru yol buxarda bişirməkdir.
Bu zaman tərəvəz dadlı olmasa da, daha faydalı olur.
Sobada yağsız bişirmə də ən keyfiyyətlidir: tərəvəzlər rəngini, dadını, faydasını itirmir, öz şirəsində bişir. Sobada tərəvəzi perqament kağızda, gil qabda, bağlı bir qabda edə bilərsiz.
Suyu çox olan, şirəli tərəvəzlər : pomidor, badımcan, bibəri qızartmaq olar.
Təhlükəsiz qızarma nədir: tava keyfiyyətli olmalıdır, yağ təbii və az miqdarda olmalıdır, tərəvəzlərin üzəri qırmızı qızarana kimi bişirilməməlidir.
Bəzi tərəvəzləri fermentasiya etdikdə, yəni duza qoyduqda, daha çox faydalı olur. Onlar bağırsaq mikroflorasını tənzimləyir. Baş kələm, xiyar, gül kələm, pomidor şorbası probiotik təsiri verir.
Tərkibində B9 və C vitamini olan tərəvəzləri çiy yeməyə çalışın, onlar işıq, istiliyin təsirindən dağılır.
Narıncı qırmızı tərəvəzlər isə tüksək temperatura davamlıdır: bunlar çuğundur, kök, pomidordur”.(publika.az)