Xərçəng olan rəqqasə: "Əməliyyat olunsam, masada qalacağımı dedilər"

18
Fev
2024
12:21

Artıq 8 aydır pankreas xərçəngi (mədəaltı vəzi xərçəngi) ilə mübarizə aparan məşhur rəqqasə Tanyelinin səhhəti pisləşib.

Azreform.info xəbər verir ki, bu barədə o özü bildirib.

Tanyeli qeyd edib ki, şiş onun arterial damarına yayılıb: "Şiş arterial damarıma yayılıb. Həkimlər "Əməliyyat olunsam, masada qala bilərsən" dedilər. İnşallah 2024-cü ili yaşamağa ömrüm çatar. Allahın məsləhət bildiyi qədər ömür yaşayacağam. Dualarınızı əsirgəməyin".(BAKU.WS"